...

Moskva narkoloji klinikasında baş vermiş yanğın nəticəsində zərərçəkmişlərin siyahısı KİV-lərə açıqlanmayacaq

Dünya xəbərləri Materials 9 Dekabr 2006 14:52 (UTC +04:00)

Moskva narkoloji klinikasında baş vermiş yanğın nəticəsində zərərçəkmişlərin siyahısı KİV-lərə açıqlanmayacaq. Moskva şəhərinin səhiyyə komitəsindən RBK-ya verilən xəbərə görə, zərərçəkmişlərin şəxsiyyəti ilə bağlı məlumat yalnız xəstələrin öz razılığı olduqda ictimaiyyətə açıqlana bilər. Bu, birbaşa şəkidə Rusiyanın qanunvericiliyi ilə, həmçinin narko-alkoqol-toksikodan asılı xəstələrin müalicə olunduğu müəssisəsinin xüsusiyyəti ilə bağlıdır. Bu barədə RBK-ya istinadən Trend xəbər verir.

Xatırladaq ki, bu gecə Moskva vaxtı ilə saat 01-40 radələrində Moskvanın şimal-qərbində Bolotnikov küçəsi ev 16 ünvanda yerləşən 17№li narkoloji xəstəxanada yanğın baş verib. Nəticədə 45 adam həlak olub, 8 nəfər qospitallaşdırılıb. Faktla əlaqədar 219-cu maddənin 3-cü bəndinə əsasən (iki və daha artıq aadamın ölümünə səbəb olaraq yanğın təhlükəsizliyi hüquqlarının pozulması) cinayət işi açılıb. İstintaqın gedişində yanğının səbəbləri ilə bağlı müxtəlif versiyalar araşdırılır ki, əsas versiyalardan biri də düşünülmüş şəkildə yanğın törətməkdir. Faciə qurbanlarının qohumları üçün qaynar xətt açılıb (626-37-07). Həmçinin onların üzərində psixoloqlar işləyir. Bundan əlavə adamlar 223 №li psixotearpiya xəsətəxanasına müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti