...

Tbilisidə Aİ-nin qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazla bağlı ekoloji forum keçiriləcək

Dünya xəbərləri Materials 14 Dekabr 2006 10:57 (UTC +04:00)

Dekabrın 14-15-də "Ambasador" Tbilisi mehmanxanasında regionla bağlı Aİ-nin qonşuluq proqramına dəstək məqsədilə ekoloji forum keçiriləcək.

Tbilisidəki Avroaziya fondundan Trend in müxbirinə verilən xəbərə görə, forumda Azərbaycan, Ermənistan və Gürcüstandan olan ekoloqlar iştirak edəcəklər.

Forumu Avrokomissiyanın (Brüsel, Belçika) baş direktorunun nümayəndəsi Qenrietta Faerqman açacaq. Görüş gedişində tərəflər Cənubi Qafqaz regionunun ekoloji problemlərni müzakirə edəcək və birgə iş planı hazırlayacaqlar.

Forum iştirakçıldarını narahat edən əsas məsələ Kür-Araz su hovuzundakı vəziyyətdir.

Xəbər lenti

Xəbər lenti