...

Sabiq Çili diktatorunun nəvəsi ordudan qovulub

Dünya xəbərləri Materials 14 Dekabr 2006 11:32 (UTC +04:00)

Sabiq Çili diktatoru Auqusto Pinoçetanın nəvəsi silahlı qüvvələr sırasından qovulub. "Reuters" xəbər verir ki, buna səbəb babasının dəfnində siyasi cəhətdən bəlağətli nitq söyləməsi, eləcə də ölkənin hüquq-mühafizə orqanlarının ünvanına tənqidi çıxış etməsi olub.

"RBK" agentliyinə istinadən Trend xəbər verir ki, babasının adaşı kapitan Auqusto Pinoçet babasının məzarı başında çıxış edərkən 1973-cü il dövlət çevrilişini alqışlayaraq eks-diktatorun çoxsaylı insan haqlarının pozulması faktı ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı cəhdləri ədalətsiz sayıb.

Çili prezidenti Mişel Baçelet və hərbi komandanlıq bu hərəkəti "hərbi nizam-intizamın ciddi pozulması" kimi qiymətləndirib: Çili hərbçilərinə hərbi formada olarkən siyasi bəyanatlar söyləmək qadağandır.

Xəbər lenti

Xəbər lenti