...

Gürcüstan ərazisində qaz kəmərlərinin korroziyaya uğramış sahələri təmir edilib

Dünya xəbərləri Materials 15 Dekabr 2006 11:09 (UTC +04:00)

Gürcüstan ərazisində qaz kəməri magistralının korroziyaya uğramış bütün sahələri dəyişdirilib və boru kəməri ilə qaz ötürülməsində heç bir problem olmayacaq. Gürcüstanın Energetika Nazirliyindən Trend in müxbirinə bildiriblər ki, Qərbi Gürcüstanda korroziyaya uğramış 500 metr, Kazbek rayonunda isə 530 metr boru dəyişdirilib.

Trend müxbirinə nazirlikdən həmçinin bildiriblər ki, Gürcüstan-Rusiya sərhədindəki Qveleti qəsəbəsində yeni qazölçən stansiya tikilib. Aparılan işlər şəbəkədə itkini 6,4 faizdən (2003-cü ildə qeyd olunub) 2,3 faizə qədər azaltmağa imkan verib, nəticədə ölkə 15 mln. lari qənaət edib.

Xəbər lenti

Xəbər lenti