...

Əfqanıstanda "Taliban" hərəkatının 50 döyüşçüsü məhv edilib

Dünya xəbərləri Materials 20 Dekabr 2006 19:49 (UTC +04:00)

NATO qüvvələrinin apardığı əməliyyatların gedişində Əfqanıstanda "Taliban" hərəkatiının 50 döyüşçüsü, həmçinin taliblərin səhra komandiri məhv edilib. Bu barədə APA əfqan hökümətinə istinadən xəbər verir.

NATO qüvvələri ötən həftənin sonundan döyüşçülərin axtarılması üçün irimiqyaslı əməliyyatlar keçirirdilər. Əməliyyatın əsas hissəsi ölkənin cənubundakı Qəndəhar əyalətində aparılıb. Quru qoşunlarının hərəkəti alyansın hərbi hava qüvvələrinin müşaiyəti ilə həyata keçirilib. Bu barədə Trend RİA-ya istinadən xəbər verir.

Hazırda Əfqanıstanda ABŞ-ın və NATO-nun 40 min hərbi qulluqçusu var ki, bu da üç il əvvəlkindən iki dəfə çoxdur. Hərbi qruplaşmalarla müxtəlif hərbi toqquşmalar nəticəsində bu il ölkədə üç mindən çox əfqan həlak olub.

Xəbər lenti

Xəbər lenti