...

KXDR-də nüvə problemi barədə danışıqlar dekabrın 22-dək uzanacaq

Dünya xəbərləri Materials 20 Dekabr 2006 20:46 (UTC +04:00)

Koreya yarımadasında nüvə problemi ilə bağlı altıtərəfli danışıqlar dekabrın 22-dək uzanacaq. Bu barədə RİA-Novosti xəbər verib.

"Sabah nümayəndələr elə bu günki formatda plenar iclas və ikitərəfli görüşlər keçiriləcək" - deyə mənbə qeyd edib.

Bundan əvvəl güman olunurdu ki, Çin nümayəndə heyəti görüşlərin sədrinin bəyannaməsini dekabrın 21-də oxuyacaq və beşinci raundun ikinci mərhələsi bitəcək" - bu barədə Trend xəbər verib.

Mənbənin məlumatına görə, bu, dekabrın 22-də baş verə bilər.

Həmçinin cümə axşamı ABŞ-ın və KXDR-in maliyyə mütəxəssislərinin Makao (Çin) banklarından birindən Şimali Koreya hesablarının dondurulması barədə danışıqlar davam edəcək.

Xəbər lenti

Xəbər lenti