...

Putin RF və Ukrayna arasında sıx əməkdaşlığın tərəfdarıdır

Dünya xəbərləri Materials 23 Dekabr 2006 13:39 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna bölgələri arasında daha fəal əməkdaşlığın inkişaf etdirilməsinə çağırır. Bu barədə Trend Pravda-ya istinadən xəbər verir.

Putinin sözlərinə görə, məqsəd - 2010-cu ilə qədər regionlar arası və sərhəd əməkdaşlığı proqramını tam reallaşdırmaqdan ibarətdir. "Birinci kanal"ın verdiyi xəbərə görə, o bildirib ki, Rusiya və Ukraynanı ümumi məqsəd birləşdirir - bu, ayırıcı xətlərin olmadığı vahid Avropanın qurulmasıdır.

Xatırladaq ki, Vladimir Putin dünən Kiyevdə rəsmi səfərdə olub. Elə həmin gün V.Putinin Ukrayna prezidenti Viktor Yuşenko ilə təkbətək danışıqları baş tutub.

Xəbər lenti

Xəbər lenti