...

İran Somalidə sülhün bərqərar olmasına kömək etməyə hazırdır

Dünya xəbərləri Materials 28 Dekabr 2006 20:40 (UTC +04:00)

İslam Respublikası Somalidə münaqişənin kəsilməsi və sülhün bərqərar olması üçün hərtərəfli kömək göstərməyə hazırdır, bu barədə İranın Xarici işlər nazirliyinin rəsmi təmsilçisi Məhəmməd Əli Hüseyni bu gün xəbər verib.

İRNA-nın müxbirinin verdiyi xəbərə görə, Somalidəki münaqişə ilə bağlı öz təssüfünü bildirən Hüseyni bəyan edib ki: "İran ölkənin ərazi bütövlüyünün qorunmasını təqdir edir və istənilən hərbi təcavüzləri tezliklə dayandırmağa və münaqişə tərfələrini danışıqlar stolu arxasına qayıtmağa çağırır".

"İslam Respublikası Regional və Beynəlxalq təşkilatların vasitəçiliyini dəstəkləyir və münaqişənin bitməsinə, bölgədə sülhün bərqərar olmasına hərtərəfli köməyini göstərməyə hazırdır"-deyə İran XİN-in rəsmi təmsilçisi bəyan edib. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti