...

Alma-Atıda doğum evindən ikigünlük qız uşağı oğurlanıb

Dünya xəbərləri Materials 1 Fevral 2007 15:45 (UTC +04:00)

Trend in Astanadakı xüsusi müxbirinə Alma-Atının Daxili İşlər Departamentinin mətbuat xidmətindən verilən məlumata əsasən Alma-Atıda doğum evindən ikigünlük qız uşağı oğurlanıb.

Cənub meqopolisinin daxili işlər xidmətinin mətbuat xidmətindən verilən məlumata əsasən, səhər saat altının yarısında 19 yaşlı təzəcə doğmuş qadının körpəsi ilə olduğu palataya ağ xalat və üzündə sarğı olan qadın daxil olub. Özünü tibb bacısı kimi təqdim edən naməlum qadın körpəni prosedura üçün götürüb və geri dönməyib.

Körpənin axtarışına Almalinsk RDİİ və şəhərin daxili işlər departamentinin təcrübəli əməkdaşları cəlb olunub. Axşama yaxın polis əməkdaşları həmin poliklinikanın əməliyyat şöbəsinin 22 yaşlı sanitarının izinə düşüb. Şübhələndirilən şəxsin ağır cinayətdə iştirakını sübut etmək çətin olmayıb. İlk dindirilmədəcə qadın körpəni oğurladığını etiraf edib. Onun sözlərinə görə, özgə körpəni o, övladı olmayan xalasına vermək istəyib. Doğum şöbəsini tərk edərkən oğru körpəni çantaya qoymuş və Kalkaman mikrorayonunda yaşayan qohumunun evinə aparıb.

Lakin B. ailəsinin xoşbəxtliyi uzun sürməyib. Onların həbsindən sonra körpə anasına qaytarılıb. Tapılmış körpəni həkimlər baxışdan keçirdikdən sonra, onun sağlam olduğu və həyatı üçün heç bir təhlükənin olmadığını bildiriblər.

Rayonun daxili işlər idarəsində həmçinin sanitarın xalası da dindirilib. Qadın bildirib ki, bir vaxtlar bacısı qızından sonralar qanun çərçivəsində övladlığa götürmək üçün imtina edilmiş körpə tapmağı xahiş edib. O, körpənin oğurlanmış olduğunu heç bilməyib.

Oğurlanmış körpənin valideynləri polis əməkdaşlarına peşəkar işlərinə görə minnətdarlığını bildirib və Almalinsk RDİİ-nin kriminal polis şöbəsinin əməkdaşı Əzizə Tağıyevanın şərəfinə qızlarına Əzizə adı verib.

Xəbər lenti

Xəbər lenti