...

Rusiya Çexiyadan iribuynuzlu mal-qaranın gətirilməsinə qadağanı götürüb

Dünya xəbərləri Materials 1 Fevral 2007 17:16 (UTC +04:00)

Fevralın 1-dən etibarən Rusiya ABŞ-dan donuz ətinin və Çexiyanın bir sıra bölgələrindən iribuynuzlu mal-qaranın gətirilməsinə qadağanı götürüb. Trend xəbər verir ki, Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin ("Rosselxoznadzor") öncə verdiyi məlumatına əsasən, Çexiyadan cins və satış üçün iribuynuzlu mal-qaranın idxalına heyvanlarda kobud süngər entsefalopatiyanın qeydə alınmasından sonra dayandırılıb.

Bu xəstəliklə vəziyyətin nəzarətə alınması ilə əlaqədar Federal Xidmətin mətbuat xidmətinin məlumatına əsasən "RİA-novoti" bildirib ki, "Rosselğxoznadzor" əvvəl "inək quduzluğu"nun aşkar olunduğu gen sürülərinə aid olmayan və 2002-ci ildən tez doğulmayan mal-qaranın idxalına icazə verib.

O cümlədən heyvanların idxalına Çexiyanın Plyazensk, Karlovarsk, Usti-nad-Labsk, Olomutsk, Qradets Kralovsk (İytsinsk rayonundan başqa), Moravsko-Silezsk (Opavask rayonundan başqa), Libertsk (Semilinsk rayonundan başqa) və Zlinsk (Uxersk rayonundan başqa) vilayətlərindən icazə verilib.

Bununla yanaşı, fevralın 1-dən etibarən ABŞ-dan Rusiyaya sənaye emalı və sərbəst reallaşdırma üçün donuz əti və məhsullarının idxalı da bərpa olunacaq. İdxal bütün sallaqxanalardan, Rusiyaya bu məhsulların ixracına icazə verilmiş, 2005-ci ilin noyabrın 29-da siyahıda təsdiq olunmuş ət emal edən müəssisə və soyuduculardan mümkün olacaq.

Siyahıya əlavə olaraq 6 yeni müəssisənin əlavə edilməsi qərara alınıb: 363 saylı sallaqxana Ierschoor Meats, Inc., 413 saylı Premium Standard Farms, 687 saylı ayrma-qablaşdırma müəssisəsi Albert Lea Select Foods, Tennesi ştatının Cekson şəhərindəki 33128 saylı soyuducu American Cold Storage, Tennesi ştatının Xamboldt şəhərindəki 3168 saylı American Cold Storage, 32006 saylı Frozen Assets Cold Storage.

Bununla yanaşı, Amerika Baytarlıq Xidmətinin monitorinqinin müsbət nəticələrini nəzərə alan "Rosselxoznadzor" P-320 ət emalı müəssisəsinin salmonellezə görə vəziyyətinə görə bu müəssisədən Rusiyaya quşçuluq məhsullarının gətirilməsinin bərpasına icazə verməyi qərara alıb.

Bununla yanaşı, "Rosselxoznadzor" ABŞ-ın ərzağın təhlükəsizliyi və təftişi xidmətini bu müəssisələrdən gətirilən məhsulların xüsusi nəzarətdə olacağını xəbərdar edib.

Xəbər lenti

Xəbər lenti