...

Brüsseldə Gürcüstan və NATO arasındakı dialoqun intensivləşdirilməsi formatında məsləhətləşmələr keçirilib

Dünya xəbərləri Materials 2 Fevral 2007 14:11 (UTC +04:00)

Fevralın 1-də Brüsseldə NATO-nun qərargahında Gürcüstan və NATO arasındakı dialoqun intensivləşdirilməsi formatında məsləhətləşmələr keçirilib. Bu barədə QAFQAZ-PRESS-ə Gürcüstanın müdafiə nazirliyindən bildirilib. Görüşdə NATO nümayəndə heyətinə NATO baş katibinin müdafiə siyasəti və müdafiə planlaşdırılması üzrə müavini Con Kolston rəhbərlik edib.

Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına əsasən, görüşdə həmçinin Qafqaz və Mərkəzi Asiya ölkələrində baş katibin xüsusi nümayəndəsi Robert Simmons, müdafiə siyasəti və müdafiə planlaşdırılması idarəsinin nümayəndəsi Bryus Bax, siyasi məsələlər və təhlükəsizlik üzrə nümayəndəsi Gürcüstanla iş üzrə koordinator Ceyms Mak iştirak edib. Gürcüstan nümayəndə heyətinə müdafiə nazirinin müavinləri Levan Nikoleişvili və Batu Kuteliya rəhbərlik edib.

Tərəflər Gürcüstanın NATO-ya qəbulu üçün olan tələbləri, Gürcüstanın müdafiə sahəsindəki vəziyyəti, həmçinin müdafiənin strateji təhlili, resurslarla idarə, müdafiənin planlaşdırılması, tədarük, büdcə və Gürcüstanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını müzakirə edib.

Gürcüstan müdafiə nazirliyinin məlumatına əsasən, NATO nümayəndələri Gürcüstanla müdafiə sahəsində əldə olunmuş irəliləyişi qeyd edib. Məsləhətləşmələrin Gürcüstan və NATO arasında siyasi və iqtisadi məsələlər üzrə intensiv dialoqun ikinci tematik mərhələsi martın 22-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti