...

Ukrayna hökuməti 2007-ci ildə VİM formalaşdırılması üzrə danışıqları fəallaşdırmaq niyyətindədir

Dünya xəbərləri Materials 2 Fevral 2007 19:20 (UTC +04:00)

Ukrayna Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinə və icra hakimiyyətinin digər marağı olan mərkəzi orqanlarına 2007-ci il ərzində Belarus, Qazaxıstan və Rusiya üçün azad ticarət zonasının yaradılması məqsədilə vahid iqtisadi məkanın (VİM) formalaşdırılması üzrə ekspertlər və yüksək səviyyə qrupu (YSQ) ilə danışıqları aktivləşdirməyi tapşırıb.

Trend in Kiyevdəki müxbiri xəbər verir ki, müvafiq sərəncamın mətni (№26-r 31 yanvar) Ukrayna baş naziri Viktor Yanukoviç tərəfindən imzalanmaq üçün hökumət portalında yerləşdirilib.

Ukrayna, Rusiya, Belarus və Qazaxıstan prezidentləri VİM yaradılması barədə razılığı 2003-cü ilin oktyabrında imzalayıblar. Parlament bu razılaşmanı 2004-cü ilin mayında ratifikasiya edib.

Xəbər lenti

Xəbər lenti