...

Almaniya kansleri Yaxın və Orta Şərq dövlətlərinə turneyə yola düşür

Dünya xəbərləri Materials 3 Fevral 2007 12:10 (UTC +04:00)

Almaniyanın kansleri Angela Merkel şənbə günü Yaxın və Orta Şərq ölkələrinə dördgünlük turne ilə yola düşür. www.rian.ru - nun federal hökumətin mətbuat və informasiya idarəsindən verilən məlumata əsasən verdiyi xəbərə görə, bu Merkelin federal kansler qismində və Avropa Birliyinin rəhbəri kimi regiona ilk səfəridir. Səfər həm Almaniya, həm də Avropa Birliyi üçün vacibdir.

İdarənin məlumatına əsasən, AFR kanslerinin Misirə ( 3 fevral), Səudiyyə Ərəbistanına (4 fevral), Birləşmiş Ərəb Əmirliklərinə (5-6 fevral) və Küveytə səfərinin əsas məqsədi "İsrail-Fələstin münaqişəsinin həlli prosesinin irəliləməsinə köməklik göstərməkdir". "Angela Merkel adıçəkilən ölkələrin, ilk növbədə Misir və Səudiyyə Ərəbistanın rəhbərliyi ilə bununla bağlı Yaxın Şərq münaqişələrinin həll olunması kompleksinin bütün aspektləri barədə müzakirələr aparmaq niyyətindədir". Agentliyin həmsöhbəti həmçinin qeyd edib ki, Almaniya ənənəvi olaraq regionun bütün dövlətləri ilə sıx əlaqələr saxlayır və Yaxın Şərqə Avropanın bilavasitə qonşusu kimi baxır.

Trend məlumat verir ki, buna görə də AB və Almaniya bu regiondakı uzanmış münaqişələrə kənardan laqeyd tamaşaçı kimi baxa bilməz. Bununla belə Almaniya İsrailin təhlükəsizliyinə xüsusi tarixi məsuliyyət hiss edir.

Həmsöhbət qeyd edib ki, son aylar ərzində Almaniya "Yaxın Şərq kvarteti"nin (AB, BMT, Rusiya və ABŞ) fəaliyyətinin "canlanması"nda fəal cəhdlər göstərir. "Belə ki, fevralın 2-də 2002-ci ilin noyabrından sonra ilk dəfə Vaşinqtonda nəhayət ki, AB-nin xarici işlər nazirləri şurasının sədri kimi Almaniya xarici işlər naziri (AB-ni həmçinin yüksək nümayəndəsi Xavyer Solana və Avropa komissarı Benita Ferrero-Valdner), BMT-nin baş katibi Pan Gi Munun, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın baş katibi Kondaliza Raysın iştirakı ilə "kvartet"in görüşü baş tutur", deyə federal idarənin nümayəndəsi qeyd edib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Angela Merkel səfərə yaxşı hazırlaşıb. Buna həmçinin Yaxın Şərqə Kandaliza Raysın turnesindən sonra yanvarın 18-də onunla görüşməsi və yanvarın 28-də İordaniya kralı II Abdulla ilə fikir mübadiləsi aparması da kömək edib.

İdarə nümayəndəsi Merkeli ərəb dövlətlərinə səfərində iqtisadiyyat naziri Mixael Qloss (onun səfəri fevralın 8-nə qədər davam edcək) müşaiyət edəcək. Belə ki, siyasi məsələrlə yanaşı alman nümayəndə heyətinin üzvləri regionla gələcək iqtisadi əlaqələrin inkişaf etdirilməsinə, xüsusən də, Almaniya və AB üçün hazırda prioritet olan enerji mənbələrinin difersifikasiyası sahəsinə böyük diqqət ayırmaq niyyətindədir.

Onun sözlərinə görə, buna görə də Almaniya kanslerinin görüşlər proqramına Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytin yalınz yüksək siyasi rəhbərliyi ilə deyil, həmçinin iqtisadiyyat, biznes və sahibkarlar, regional əməkdaşlıq təşkilatlarının rəhbərləri ilə də görüşlər daxil edilib. Bununla yanaşı, Merkelin Misir, BƏƏ və Küveytə səfəri ilə paralel ikitərəfli iqsidai forumlar da keçiriləcək.

Agentliyin həmsöhbəti Angela Merkelin turnesində əsas rolu onun AB rəhbəri qismində "Avropa-Ərəb dialoqu"nun, həmçinin dini aspektin inkişaf etdirilməsi oynaycaq.

Fevralın 6-da Angelə Merkel Berlinə dönəcək.

Xəbər lenti

Xəbər lenti