...

İranın XİN başçısı BMT-nin strukturunu dəyişməyi təklif edib

Dünya xəbərləri Materials 3 Fevral 2007 12:23 (UTC +04:00)

İranın xarici işlər naziri Mənüçöhr Möttəki Birləşmiş Millətlər Təşkilatının strukturunu dəyişməyi təklif edib.

Bu gün Tehranda cümə ibadətində çıxış edən M.Möttəki bildirib ki, "BMT-nin bəzi dövlətlərin veto hüququndan istifadə etməsini nəzərdə tutan hazırki strukturu ədalətli deyil".

"Bu vəziyyət mümkün qədər tez dəyişməlidir", - deyə İranın XİN başçısı vurğulayıb. Bu barədə Trend www.irna.ir saytına istinadən xəbər verir.

M.Möttəki "BMT-nin Təhlükəsizlik Şurasında İslam Konfransı Təşkilatı çərçivəsində islam dövlətlərinə, xüsusilə onların əqidə və maraqlarına toxunan sahələrdə veto hüququnun veriləcəyi istiqamət hazırlamağı" təklif edib.

Xəbər lenti

Xəbər lenti