...

Türkiyənin futbol yığmasının kapitanı fırıldaqçının qurbanı oldu

Dünya xəbərləri Materials 3 Fevral 2007 13:18 (UTC +04:00)

Türkiyənin milli futbol yığmasının kapitanı Hakan Şükür fırıldaqçılığın qurbanı olub. Bununla bağlı o, Antalyanın kurort rayonunda aldığı torpaq sahəsində istifadə hüququ üçün 2004-cü ildə etibarnamə verdiyi M.B. tikinti podratçısını məhkəməyə verib.

Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir ki, H.Şükürün məhkəmə iddiasında göstərilib ki, o, öz vəsaitləri hesabına torpaq ərazisi aldıqdan sonra etibarnamə ilə torpağı podratçı M.B. -yə verib və o, da həmin ərazidə ev tikərək, sonradan onların bir hissəsini mənimsəyib.

Qeyd olunub ki, Lara çimərliyi yaxınlığında Hakan Şükürün adı ilə adlandırılmış evlər 12 villa və üzgüçülük hovuzundan ibarətdir. Tikinti demək olar ki, başa çatıb. Polis iş üzrə M.B.-ni həbs edib, istintaq davam edir.

Xəbər lenti

Xəbər lenti