...

Filippində karbon qazı balonu daşıyan yük maşınının partlaması nəticəsində 50 nəfər həlak olub

Dünya xəbərləri Materials 3 Fevral 2007 13:40 (UTC +04:00)

Filippində karbon qazı balonu daşıyan yük maşınının partlaması nəticəsində 50 nəfər həlak olub. Daha 40 nəfər xəstəxanada ağır vəziyyətdədirlər. Bu barədə ölkənin hüquq-mühafizə orqanlarından məlumat verilib.

Partlayış bir gün əvvəl Manila şəhərindən 800 km cənubda Samboanqa-del-Sur əyalitindəki sürət şossesində baş verib. Bu barədə Trend www.rbc.ru saytına istinadən xəbər verir.

Partlayış dalğası yük maşınının yanından keçən sərnişin avtobusuna təsir edib, bu isə qurbanların sayının çox olmasına səbəb olub. Hadisə yük maşınının əyləcinin işləməməsi nəticəsində baş verib və maşın böyük sürətlə divara dəyib, aşıb, sonra isə yanıb və partlayıb. Bu barədə (c) Reuters xəbər verir.

Xəbər lenti

Xəbər lenti