...

Qırğızıstan parlamenti hökumətin yeni strukturunu təsdiq edib

Dünya xəbərləri Materials 6 Fevral 2007 10:49 (UTC +04:00)

Qırğızıstan parlamenti səs çoxluğu ilə hökumətin yeni strukturunu təsdiq edib. Bu hökumət respublikanın baş naziri Əzim İsakbəyov tərəfindən hazırlanıb və ölkə prezidenti Kumanbəy Bakiyev tərəfindən təsdiq edilib.

Yeni struktur əvvəlkindən az fərqlənir, bu strukturda bəzi nazirlərin vəzifələri daha dəqiq konkretləşdirilib.

Trend xəbər verir ki, Energetika və Yanacaq Ehtiyatları Nazirliyi yaradılacaq.

Bundan başqa, Milli Təhlükəsizlik Xidməti icra hakimiyyəti tərkibinə daxil olacaq və Milli təhlükəsizlik üzrə dövlət komitəsi adlanacaq. Əvvəllər isə MTX bilavasitə prezidentə tabe olurdu.

Xəbər lenti

Xəbər lenti