...

Pakistanda quş qripi partlayışı aşkarlanıb

Dünya xəbərləri Materials 6 Fevral 2007 19:41 (UTC +04:00)

Rəsmi mənbələrə istinadən Pakistan telekanalları məlumat verir ki, Pakistanda quş qripi partlayışı qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, H5N1 quş qripi virusu paytaxt İslamabadın yaxınlığında, təsərrüfatda ev toyuqlarında aşkar olunub.

Bununla yanaşı, ölkənin şimal-qərbində Mansexra şəhərində virus pavilinlərdə (Pakistanın bir sıra rayonlarında ev quşu kimi saxlanılır) aşkar olunub. Telekanalların məlumatlarına görə, virusa yoluxmuş bütün quşlar məhv edilib. www.rian.ru-ya istinadən Trend məlumat verir ki, hökumət xəstəlik mənbələrinə yaxın iri quşçuluq fermalarının olmamasına görə narahatçılığa heç bir əsasın olmadığını bildirib.

Ötən ilin martında da Pakistanda ciddi quş qripi partlayışı baş vermişdi. Bu da bir sıra quşçuluq fermalarında, həmçinin paytaxt İslamabada yaxın fermalarda quşların kütləvi məhvinə səbəb olmuşdu.

Xəbər lenti

Xəbər lenti