...

Bağdadda Səddam Hüseyn tərəfdarlarının məhkəməsi bərpa olunacaq

Dünya xəbərləri Materials 7 Fevral 2007 13:31 (UTC +04:00)

Bağdadda Səddam Hüseyn rejimində 1980-ci illərin sonunda kürd əhalisinin soyqırımı barədə "Anfal" işi üzrə məhkəmə dinləmələri bərpa olunacaq. Müttəhimlər kürsüsündə altı nəfər var. Prosesin əsas fiquru kürd əhalsinə qarşı küiləvi qırğın silahının istifadəsinə görə "kimyəvi Əli" təxəllüsü almış Səddam Hüseynin qohumu Əli Həsən əl-Məciddir. O, 30 dekabr 2006-cı il tarixində Səddam Hüseynin edamından sonra devrilmiş rejimin yüksək fiqurantlarına qarşı sayca ikinci məhkəmə prosesində müttəhimlər siyahısına başçılıq edir.

www.rian.ru-ya əsasən Trend məlumat verir ki, bu ilin yanvarın 28-də keçirilmiş əvvəlki məhkəmədə ittiham məhkəməyə əl-Məcidin İraq Kürdistanına kimyəvi hücum və bir sıra kürd kəndlərinin məhvinə aidiyyatı olması barədə sübutlar təqdim edib.

Hüseynin qohumu soyqırımda, onun tərəfdarları isə hərbi və insanlığa qarşı cinayətkarlıqda ittiham olunur.

2006-cı ilin avqustunda başlamış və bu vaxtdan etibarən bir sıra pozuntulara görə qalmaqal xarakter daşıyan "Anfal" məhkəmə prosesində 1988-ci ildə İraqın şimalında Əl-Anfal rayonunda kürd əhalsinin soyqırım faktına baxılır.

Müxtəlif məlumatlara görə, hərbi əməliyyatlar nəticəsində 100-180 min insan məhv edilib, üç min kürd yaşayış məntəqəsi dağıdılıb, on minlərlə kürd qaçqın düşüb, minlərlə insan həbs edilib, konslagerlərdə yerləşdirilib, bir çoxları bu günə qədər itkin düşmüş hesab edilir.

Eyni zamanda, müttəhimlər və onların müdafiəçiləri "Anfal" əməliyyatının 1980-1988-ci illərdə İraq - İran arasındakı müharibə dövründə separatçı və üsyankarlara qarşı lazımi mübarizə vasitəsi olduğunu iddia edir.

İraqın şimal rayonlarını İranın tərəfdarları olan kürd əhalisinin üsyankarları - peşmerq ("ölümə gedənlər") dəstələrindən təmizlənməsi üzrə "Anfal" əməliyyatı 1988-ci ilin fevralından sentyabrına qədər davam edib. Bu əməliyyat İranın dəstəyi lə ölkənin şimalında bir neçə şəhəri zəbt etmiş peşmerq dəstələrinin hərəkətlərinə hakimiyyətin cavabı olub.

Əməliyyat hər birinin 2 həftə davam etdiyi 8 planlı reyddən ibarət olub. Bu reydlər nəticəsində ordu planlı şəkildə hədəfin qadın, uşaq və qoca olmasına diqqət yetirmədən bütöv yaşayış məntəqələrini məhv edilib.

"Anfal" əməliyyatı 1987-ci ildən İraq rejimi tərəfindən planlaşdırılıb. Həmin vaxt Hüseyn Əli Həsən əl-Məcidə İraq üsyankar komandanlıq şurasında Şimali İraqla bağlı komitəyə rəhbərliyi tapşırıb. Səlahiyyət əldə etmiş əl-Məcid bütün əhalisi üsyankar hesab olunan bir sıra rayonları məhvə məhkum edib.

Yaşayış məntəqələri bombardmana məruz qalaraq İraqın xəritəsindən silinirdi. Bir sıra şəhər və rayonlar tərkibində sinir-iflic qazı olan kimyəvi mərmilərlə atəşə tutulub. Məhz bu hücumlara görə əl-Məcid "kimyəvi Əli" və ya "Kürdistanın qəssabı" təxəllüsünü alıb.

Xəbər lenti

Xəbər lenti