...

İqtisadi inkişaf və ticarət naziri: RF-nin ÜTT-yə daxil olması haqqında bütün əsas ikitərəfli danışıqlar başa çatıb

Dünya xəbərləri Materials 7 Fevral 2007 15:34 (UTC +04:00)

Rusiyanın ÜTT-yə daxil olması haqqında bütün əsas ikitərəfli danışıqlar başa çatıb. Trend www.itar-tass.com saytına istinadən xəbər verir ki, bu barədə bu gün RF-nin iqtisadi inkişaf və ticarət naziri məlumat verib.

"Biznes və hakimiyyətin qarşılıqlı fəaliyyəti" mövzusunda yubilyey konfransda çıxış edən German Qref həmçinin qeyd edib ki, "Rusiya yolun ən uzun hissəsini keçib. Gürcüstanla bir problem qalıb və onu bağlamaq lazımdır".

Bundan başqa, İqtisadi inkişaf naziri qeyd edib ki, "biz bu məsələ ilə bağlı Kamboca ilə danışıqları başa çatdırırıq".

Xəbər lenti

Xəbər lenti