...

Məkkədə FƏTH və "Həmas" liderlərinin danışıqları davam edəcək

Dünya xəbərləri Materials 7 Fevral 2007 15:46 (UTC +04:00)

Bu gün Məkkədə (Səudiyyə Ərəbistanı) FƏTH fələstin hərəkatı və "Həmas" liderlərinin danışıqları davam edəcək. Trend məlumat verir ki, FƏTH qruplaşmasnı təmsil edən, Fələstin milli adminstrasiyasının rəhbəri Mahmud Abbas və "Həmas"ın siyasi lideri Haled Maşaal bu ərəfədə Məkkəyə gəlib. Onların görüşü Səudiyyə Ərəbistanının kralı Abdullanın vasitəçiliyi ilə təşkil olunub.

Associated Press (C)-nin məlumatına əsasən görüşün əsas məqsədi fələstinlilərə Qərb tərəfindən qoyulmuş maliyyə blokadasından çıxmağa ümid verən milli birlik hökumətinin formalaşdırılmasıdır.

Koalisiya kabinetinin yaradılması haqqında danışıqlar artıq bir aydan çoxdur ki, davam etdirilsə də, tərəflər hələ də razılığa gələ bilməyib. Bununla yanaşı, Fələstində vəziyyət getdikcə daha da gərginləşir. Son günlər ərzində Qəzza bölgəsində tərəflər arasında silahlı toqquşmalar nəticəsində bir neçə onlarla insan həlak olub.

Xəbər lenti

Xəbər lenti