...

Ukrayna parlamenti Ali Radanın vitse-spikeri, insan haqları üzrə müvəkkil və baş nazirin ASK məsələləri üzrə müavinini təyin edib

Dünya xəbərləri Materials 9 Fevral 2007 16:15 (UTC +04:00)

Ukrayna parlamentinin deputatları millət vəkili, BYT müxalifət fraksiyasının nümayəndəsi Nikolay Tomenkonu Ali Radanın sədr müavini seçiblər.

Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bundan başqa, deputatlar Nina Karpaçevanı Ukraynanın Ali Radasının İnsan haqları üzrə müvəkkili təyin ediblər. Bununla əlaqədar, parlament N.Karpaçevanın Ukraynanın millət vəkili kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.

Həmçinin Ukrayna baş nazirinin aqrosənaye kompleksi məsələləri üzrə müavini vəzifəsinə parlament Viktor Slautanı seçib. O, Ukraynanın millət vəkilidir.

Xəbər lenti

Xəbər lenti