...

İranın Təhlükəsizlik Şurasının katibi Romada İtaliyanın baş naziri ilə görüşəcək

Dünya xəbərləri Materials 9 Fevral 2007 16:18 (UTC +04:00)

İranın Ali milli təhlükəsizlik şurasının (AMTŞ) katibi Əli Laricani cümə günü Romaya gəlir və orada İtaliyanın baş naziri Romano Prodi ilə görüş keçirəcək.

İranın Rəsmi informasiya agentliyi İRNA-nın verdiyi xəbərə görə, görüş İtaliyanın hökumət başçısının iqamətgahında keçiriləcək.

Əvvəl xəbər verildiyi kimi, Laricani həmçinin təhlükəsizlik üzrə 43-cü Münxen konfransında iştirak etmək niyyətindədir. Kuluar görüşlərdə Avropa nümayəndələri ilə İranın nüvə problemini müzakirə edəcək. Bu barədə Trend www.rian.ru saytına istinadən xəbər verir.

Fevralın 9-dan 11-dək keçiriləcək təhlükəsizlik üzrə 43-cü Münxen konfransında 40-dan çox ölkədən 250-dən yuxarı dövlət, siyasi və ictimai xadimlər iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti