...

ABŞ müttəfiqlərini Əfqanıstana əlavə qoşun göndərməyə çağırır

Dünya xəbərləri Materials 9 Fevral 2007 16:29 (UTC +04:00)

Taliblərin yazda hazırlaşdıqları hücuma müqavimət göstərmək üçün Birləşmiş Ştatlar öz müttəfiqlərini Əfqanıstana əlavə qoşunlar göndərməyə çağırmaqda davam edir.

İspaniyanın Sevilya şəhərində NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə ABŞ-ın Avropa tərəfdaşları hələ ciddi öhdəliklərdən çəkinirlər. Bu barədə Trend www.svabodanews.ru saytına istinadən xəbər verir.

Yalnız Vaşinqton və London Əfqanıstana əlavə qüvvələr göndərirlər. Nəticədə onların hərbi qulluqçuları bu ölkədə NATO-nun 35 minlik kontingentinin yarısını təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti