...

Kuba liderinin qardaşı: F.Kastronun səhhəti gündən-günə yaxşılaşır

Dünya xəbərləri Materials 9 Fevral 2007 16:30 (UTC +04:00)

Kuba lideri Fidel Kastronun vəziyyəti gündən-günə yaxşılaşır. Bu barədə onun qardaşı, dövlət başçısı səlahiyyətlərini icra edən Raul bildirib. "Reuters" agentliyi bildirir ki, Raul həmçinin əlavə edib ki, F.Kastro telefondan heç ayrılmır və "çox tez-tez telefondan istifadə edir". Bu, R.Kastronun qardaşı haqqında mətbuata açıqladığı ilk məlumatdır.

F.Kastro 2006-cı il iyul ayında keçirdiyi cərrahiyyə əməliyyatından sonra kütlə arasında görünməyib. Kuba liderinin son fotoqrafiyalarının tarixi 2006-cı il oktyabrın sonlarını göstərir. www.rbc.ru istinadən Trend xəbər verir ki, 2006-cı il avqustun 13-də Kuba liderinin 80 yaşı tamam olub.

Xəbər lenti

Xəbər lenti