...

BKS heyətinin üzvləri açıq kosmosa çıxışı uğurla başa vurub

Dünya xəbərləri Materials 9 Fevral 2007 16:47 (UTC +04:00)

Beynəlxalq Kosmik Stansiyanın (BKS) heyət üzvləri - astronavtlar Maykl Lopes-Aleqriya və Sunnita Uilyams açıq kosmosa çıxışı uğurla başa vurub. Onlar nəzərdə tutulmuş proqramı tamamilə yerinə yetirib.

Planlaşdırıldığı kimi, 6,5 saat ərzində astronavtlar BKS-in montaj və təminat əməliyyatlarının hamısını tamamlayıb. Əvvəlki çıxışlardan əldə olunmuş təcrübə də bu işə təsir göstərib. www.itar-tass.com-a istinadən Trend məlumat verir ki, BKS-in üst səthində aparılmış işlər müddətində stansiyanın termoizolyasiya örtüyünün bəzi fraqmentləri aradan qaldırılmış və daha sonralar kosmosa növbəti çıxışlar zamanı istifadə olunacaq alətlərin saxlanması üçün konteynerlərin yerləşdirilməsi üçün bərkitmə yuvaları quraşdırılıb.

Bu günkü çıxış say hesabı ilə son 9 gün ərzində artıq 3-cü dəfədir ki, həyata keçirilir. Bu da BKS-dən kənarda aparılan işlər arasında tamamilə rekord hesab olunur. Lopes-Aleqriya çıxış zamanı açıq kosmosda olma müddətinə görə 58 saat vaxtı keçərək, Amerika astronavtları üçün rekord təyin edib. Lakin Anatoli Solovyovun 77 saatı keçən tamamilə rekorduna çatmaq üçün amerikalı astronavt üçün hələ çox var.

Xəbər lenti

Xəbər lenti