...

Aşqabada BMT Katibliyinin nümayəndə heyəti göndərilib

Dünya xəbərləri Materials 9 Fevral 2007 18:04 (UTC +04:00)

Prezident seçkiləri ərəfəsində Türkmənistana dünyanın böyük beynəlxalq təşkilatlarının rəsmi nümayəndələri gəlir. Türkmənistanda 11 fevral tarixinə təyin edilmiş prezident seçkilərinə BMT böyük maraq göstərərək Aşqabada Katibliyin nümayəndəliyini göndərib. www.turkmenistan.ru-ya istinadən Trend məlumat verir ki, nümayəndə heyətinə siyasi departamentin Asiya-Sakit okean şöbəsinin direktor müavini Vladimir Qoryayev başçılıq edir.

Türkmənistan paytaxtına həmçinin AŞPA-nın prezidenti Qoran Lenmarkerin başçılığı altında AŞPA-nın nümayəndə heyəti də gələcək. Səfər çərçivsəində yüksək nümayəndə heyətinin Türkmənistan Məclisində (parlament) danışıqlar aparılacaq, Türkmənistanın rəsmi şəxsləri ilə görüşlər keçiriləcək. Qonaqlar paytaxt və bölgələrdə seçki məntəqələrinə baş çəkəcək.

Xatırladaq ki, hazırda səfir Lyubomir Kopayın başçılığı altında seçki məsələləri üzrə mütəxəssislər qrupu Türkmənistandadır. Bu qrup hökumətin AŞPA-nın demokratik institutlar və insan haqları üzrə Bürosuna ünvanladığı dəvəti ilə gəlib. Mütəxəssislər prezident seçkilərinə hazırlıqla, prezident postuna namizədlərlə tanış olur, müxtəlif dövlət orqanları və ictimai təşkilatların rəhbərləri ilə görüşür.

Xəbər lenti

Xəbər lenti