...

KXDR hər il 2 mln. kilovat elektrik enerjisinə ümid edir

Dünya xəbərləri Materials 10 Fevral 2007 10:53 (UTC +04:00)

Şimali Koreyanın nüvə proqramını dayandırmağın əvəzində hər il 2 mln. kilovat elektrik enerjisini almaq üçün beynəlxalq yardıma ehtiyacı var.

www.rian.ru-ya Pekindəki Cənubi Koreya mətbuat mərkəzindən xəbər veriblər ki, KXDR-ın nüvə tərkislahının birinci mərhələsinin realizəsinin ilk iki-üç ayı ərzində elektrik enerjisinin tədarükünə başlamaq planlaşdırılır.

Pxenyanın nüvə tərkislahı üçün ilk addımlar hazırda Çin paytaxtında Rusiya, ABŞ, Çin, iki Koreya dövləti və Yaponiyanın iştirak ilə altıtərəfli danışıqlar çərçivəsində müzakirə edilir.

Mənbələr xəbər verir ki, KXDR üçün alternativ enerji mənbələrini Pxenyanın 5 tərəfdaş-ölkəsi seçəcək. Cənubi Koreya isə 2 mln. kilovat həcmində hazır elektrik enerjisini KXDR-a tədarük etməyə hazır olduğunu bildirib.

Koreya yarmadasında birinci nüvə böhranı zamanı ABŞ-da Bill Klinton administrasiyası 1994-cü ildə Cenevrədə KXDR ilə razılaşma əldə etməyə müvəffəq olmuşdu. Bu razılaşmaya əsasən Yonbenedə nüvə reaktorunun dondurulmasının əvəzində ABŞ həmin ölkədə iki yeni AES tikintisinə razılaşmışdı. Bu AES-lərdən silah plutonunun əldə edilməsi üçün istifadə etmək mümkün deyil.

ABŞ atom enerjisinin dayandırılmasının kompensasiyası kimi Şimali Koreyaya adi elektrik stansiyalarına yanacaq tədarük etməyi də öhdəsinə götürmüşdü. Bundan başqa, hər iki ölkə münasibətlərin normallaşdırılması barədə danışıqlara başlamışdı.

ABŞ-da hakimiyyət dəyişikliyi bütün bu razılaşmaları sildi: AES-lərin tikilməsi müddəti pozuldu, YES-lər üçün mazut tədarükü də dayandırıldı. Şimali Koreya "İkinci İraq" olmaq təhlükəsini duyaraq Yonbenedə reaktorun fəaliyyətini yenidən bərpa etdi.

Xəbər lenti

Xəbər lenti