...

ABŞ: İran beynəlxalq ictimaiyyətlə qarşıdurmada özü-özünə quyu qazır

Dünya xəbərləri Materials 10 Fevral 2007 11:18 (UTC +04:00)

Tehran İranın nüvə proqramına dair beynəlxalq ictimaiyyətlə qarşıdurmada "özü özünə daha dərin quyu qazır". Bu fikri ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Nikolas Berns bildirib. "Görünür, İran sonrakı beynəlxalq təcridə köklənib", - deyə amerikalı diplomat qeyd edib.

N.Bernsin sözlərinə görə, yalnız az sayda ölkə BMT-nin nüvə materialları və texnologiyalarının ötürülməsinə qadağa qoyan iqtisadi sanksiyalarının təsiri altında olan İranı dəstəkləyir. Bu barədə Trend www.rbc.ru saytına istinadən xəbər verir.

Eyni zamanda yüksək vəzifəli diplomat ABŞ-ın 2006-cı ilin iyun ayında səsləndirdiyi bir təklifi də təsdiq edib ki, əgər İran uranın zənginləşdirilməsi proqramını dayandırsa, ABŞ onunla danışıqlar aparmağa hazırdır. N.Berns vurğulayıb ki, Vaşinqton artıq danışıqlar mərhələsində sanksiyaların təsirini dayandırmağa hazırdır. Bu barədə (c) Reuters xəbər verir.

Xəbər lenti

Xəbər lenti