...

Liviya Ukrayna ilə hərbi-texniki əməkdaşlıqda maraqladır – Sənaye Siyasəti Nazirliyi

Dünya xəbərləri Materials 10 Fevral 2007 11:33 (UTC +04:00)

Böyük Sosialist Xalq Liviya Ərəb Camahiriyyəsi Ukrayna ilə hərbi-texniki əməkdaşlıqda maraqlıdır. Trend in Kiyevdəki xüsusi müxbirinin məlumatına əsasən, bu barədə Ukrayanın sənaye siyasət nazirinin birinci müavini Vladimir Rıjov Liviya tərəfi ilə danışqlardan sonra bəyan edib.

Onun sözlərinə görə, Liviya Ukraynda "Zubr" hava yastıqlı desant gəmilərinin, həmçinin sualtı radiolokasiyanın əldə olunmasında maraqlıdır.

Bununla yanaşı, V. Rıjkovun qeyd etdiyi kimi, Ukrayna və Liviya Liviyada "Zubr" desant gəmilərinin yığılması üçün zavodun tikilməsi imkanını da müzakirə edib. V. Rıjkov əlavə edib ki, Liviya ilə An-74 nəqliyyat təyyarələri ilə bağlı əvvəllər əldə olunmuş müqavilələrin bütün həcmi yerinə yetiriləcək.

Məlumata əsasən, Ukrayanın yanacaq və energetik naziri Y. Boykonun rəhbərliyi altında Ukrayna nümayəndə heyəti işgüzar səfərlə Liviyadadır.

Məlumat. "Zubr" hava yastıqlı desant gəmiləri Feodosiysk "FSK Dəniz" tərəfindən işlənib hazırlanıb və istehsal edilir. Gəminin su basımı 550 ton təşkil edir. O, təchiz olunmamış sahilə dəniz desant bölmələrinin şəxsi tərkibinin, hərbi texnikanın çıxarılması və onların sahildəki fəaliyyətinə atəş dəstəyi vermək üçün təyin olunub.

Xəbər lenti

Xəbər lenti