...

Türkmənistanın ali təhsil müəssisələrində Dövlət bayrağı gününə həsr olunmuş bayram tədbirləri başlayıb

Dünya xəbərləri Materials 10 Fevral 2007 12:36 (UTC +04:00)

Türkmənistanın ali təhsil müəssisələrində Dövlət bayrağı gününə və Ölkənin birinci prezidenti Saparmurat Niyazovun ad gününə həsr olunmuş bayram tədbirləri başlayıb. Bu bayramlar çoxillik ənənəyə görə bayramqabağı günlərdə keçirilir.

Dünən Türkmənistan dövlət tibb institutunda bayram forumu keçirilib. ölkədə tibb elmi və təcrübəsinin inkişafı, milli səhiyyə sisteminin sonrakı təkmilləşdirilməsi, müxtəlif xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin və Türkmənistanan təbii dərman ehtiyatlarından rasional istifadənin təbliğatı məsələləri iştirakçıların diqqət mərkəzində olub. Bu barədə Trend www.turkmenistan.ru saytına istinadən xəbər verir.

Bu gün təntənəli tədbirlər Maxtumkuli adına Türkmənistan dövlət universitetində, Türkmənistan xalq təsərrüfatı institutunda, Türkmənistan dövlət nəqliyyat və rabitə institutunda, D.Azadi adına Türkmənistan milli dünya dilləri institutu, Beynəlxalq türkmən-türk universitetində, Türkmənistan milli idman və turizm institutunda, Türkmənistan Dövlət incəsənət akademiyasında və S.Seydi adına Türkmənistan dövlət pedaqoji institutunda keçirilib.

Çoxsaylı seksiya iclasları zamanı ali təhsil müəssisələrinin müəllim və tələbələrinin ən aktual ictimai və iqtisadi məsələlər üzrə məruzələri dinlənilib. Həmçinin toplanmış milli və qabaqcıl dünya təcrübəsini nəzərə alaraq, yüksək ixtisaslı kadrların hazırlanması probleminə də xüsusi diqqət verilib.

Bayram ərəfəsində fevralın 9-da sərgilər təşkil olunub və burada ali məktəblərin müəllim və tələbələrinin tədris-metodik və elmi-tədqiqat işləri təqdim olunub. Türkmənistanın Dövlət incəsənət akademiyasında isə İncəsənət akademiyasının yeni binasının açılmasının 1-ci ildönümünə həsr olunmuş müəllim və tələbələrin əsərlərinin sərgisi keçirilib.

Bir çox ali təhsil müəssisələrində tələbələrin hazırladığı bayram konsertləri şənliyi tamamlayıb.

Xəbər lenti

Xəbər lenti