...

ABŞ müdafiə naziri Robert Qeyts Pakistana səfər edib

Dünya xəbərləri Materials 12 Fevral 2007 11:06 (UTC +04:00)

ABŞ müdafiə naziri Robert Qeyts bazar ertəsi səhər Pakistana gəlib. Bu barədə yerli telekanallar məlumat verir.

Pentaqon başçısının səfər proqramına Pakistan prezidenti general Pervez Müşərrəf, hərbi komandanlıq nümayəndələri ilə görüşlər daxildir. Bu görüşlərdə Əfqanıstandakı vəziyyətin, terror və "Taliban" hərəkatına qarşı əməliyyat problemlərinin müzakirəsi diqqət mərkəzində olacaq.

Bu, Robert Qeytsin ötən ilin dekabr ayında ABŞ hərbi idarəsinin başçısı vəzifəsini tutduqdan sonra Pakistana ilk səfəridir. Bu barədə Trend www.rian.ru saytına istinadən xəbər verir.

Qeytsin həmçinin Əfqanıstana da səfər edəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti