...

Gürcüstan nümayəndə heyəti Cenevrədə gürcü-abxaz görüşündə iştirak edəcək

Dünya xəbərləri Materials 12 Fevral 2007 15:26 (UTC +04:00)

Münaqiəşələrin həll olunması məsələləri üzrə dövlət naziri Merab Antadzenin başçılığı altında Gürcüstan nümayəndə heyəti 12-13 fevral tarixində Cenevrədə BMT-nin himayəsi altında keçiriləcək gürcü-abxaz görüşündə iştirak edəcək. Trend in məlumatına əsasən, bu barədə RİA Novosti-yə dövlət nazirinin mətbuat xidmətindən bildirilib.

"Cenevrədə BMT-nin baş katibliyinin Gürcüstan üzrə dost dövlətlərin səfirləri və gürcü, abxaz tərəfinin nümayəndələrinin görüşü baş tutacaq. Görüşdə münaqişə tərəflərini narahat edən cari məsələlər müzakirə ediləcək", deyə dövlət nazirinin aparat əməkdaşı www.rian.ru-ya bildirib.

Onun sözlərinə görə, "gürcü tərəfi tanınmamış Abxaziyanın xarici işlər naziri Sergey Şambanın rəhbərliyi altında abxaz nümayəndə heyətinin Yuxarı Abxaziya ilə bağlı məsələni qaldırmaq niyyətində olduğunu bilir".

"Biz Abxaziyadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bundan çıxış edərək tərəflər arasında bütün səviyyələrədə dialoqun bərpa olunmasının lazım olduğunu hesab edirik", deyə agentliyin həmsöhbətçisi bildirib.

BMT-nin baş katibliyinin Gürcüstan üzrə dost dövlətlərin səfirlərinin görüşü Tiflisdə Gürcüstanın xarici işlər nazirliyində akkreditə olunmuş diplomatların görüşündən əvvəl olub. Bu görüşdə XİN, DİN və sürgündə olan Abxaziya muxtar qurumunun nazirlər şurasının yüksək nümayəndələri diplomatlara 2006-cı ilin yayında xüsusi əməliyyat nəticəsində Gürcüstan polis bölmələrinin yerləşdirildiyi Yuxarı Abxaziyadakı (Kodor dərəsi) vəziyyət haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti