...

Daşqın səbəbindən Qazaxıstanın cənubunda 900 nəfər evakuasiya olunub

Dünya xəbərləri Materials 12 Fevral 2007 16:20 (UTC +04:00)

Qazaxıstanın cənubunda Kızılorda vilayətində daşqın səbəbindən təxminən 900 nəfər evakuasiya olunub. Kızılorda su qovşağı rayonunda buz kütlələrinin toplanması nəticəsində fevralın 10-dan 11-nə keçən gecə Sırdaryanın axınından yüksəkdə Janadariya ərazisində suyun səviyyəsi qalxıb. Bu barədə Trend xəbər verir.

Şəhərkənarı bağların sahil ərazilərini su basıb, xilasetmə tədbirləri zamanı 892 nəfər evakuasiya olunub. Bu barədə www.itar-tass.com saytına respublika FHN-nin mətbuat xidmətindən məlumat verilib.

"Evakuasiya olunanlar müvəqqəti olaraq Kızılordanın məktəblərindən birində yerləşdiriliblər. Sahilin möhkəmləndirilməsi və yuyulan bəndlərin bərpası üzrə işlər görülür. Buz yığınları partlayışla təmizlənir", - deyə FHN-dən bildirilib.

Xəbər lenti

Xəbər lenti