...

12-15 fevralda Batumidə Qara dəniz regionu dövlətlərinin komanda-qərargah təlimləri keçəcək

Dünya xəbərləri Materials 12 Fevral 2007 16:44 (UTC +04:00)

12-15 fevralda Batumidə fövqaladə hallara reaksiya verilməsinin vətəndaş-hərbi planlaşdırılması üzrə Qara dəniz regionu dövlətlərinin "Albatros 2007" komanda-qərargah təlimləri keçiriləcək. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbirinə Gürcüstanın daxili işlər nazirliyindən məlumat verilib.

Təlimlər Gürcüstan DİN, DİN-in fövqaladə hallar üzrə departamenti, ABŞ Hərbi Qüvvələrinin Avropa komandanlığı və ABŞ-ın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Qaradəniz təşəbbüsü çərçivəsində (ABŞ Hərbi Qüvvələri komandanlığının və Qara dəniz regionu ilə birgə layihəsi) həyata keçirilir.

Təlimlərin informasiya dəstəyi (BSI CMEP Table Top Exercise (TTX) "Sülh naminə əməkdaşlıq" (Partneship for Peace Information Management System) Proqramında informasiyanın adminstrasiyalaşdırılması sistemi ilə təmin olunacaq.

DİN-nin məlumatına əsasən, təlimlərdə Qara dəniz regionu dövlətlərinin fövqaladə halların aradan qaldırılmasında iştirak edən idarələrin və həmçinin bir sıra beynəlxalq təşkilatların da nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti