...

Çin kosmosda bir daha raket sınaqları keçirməməyi vəd edir

Dünya xəbərləri Materials 12 Fevral 2007 18:15 (UTC +04:00)

Bazar ertəsi ÇXR müdafiə naziri Tsao Qançuan bildirib ki, Çin gələcəkdə kosmik məkanda ballistik raketlərin sınaqlarını təkrarlamamağı vəd edib.

Yaponiyanın "Kiodo tsusin" agentliyi onun sözlərini sitat olaraq qeyd edib: "Biz gələcəkdə bu cür sınaqları keçirəcəyimizi düşünmürük".

Bu, yanvarın 12-də ÇXR tərəfindən keçirilmiş sınaqla bağlı Çin hərbi rəhbərliyinin ilk bəyanatıdır.

Trend xəbər verir ki, bu sınaq zamanı ballistik raket təxminən 800 kilometr hündürlükdə Çinin köhnə meteoroloji peykini məhv edib.

Xəbər lenti

Xəbər lenti