...

Fevralın 19-23-də NATO-nun qiymətləndirmə qrupu Gürcüstana səfər edəcək

Dünya xəbərləri Materials 13 Fevral 2007 17:00 (UTC +04:00)

Fevralın 19-23-də NATO-nun qiymətləndirmə qrupu Gürcüstana səfər edəcək. Gürcüstanın Müdafiə Nazirliyindən www.newsgeorgia.ru saytına verilən məlumata görə, alyansın ekspertləri müdafiə idarəsinin və Gürcüstan Silahlı Qüvvələrinin Baş qərargahının rəhbərliyi görüşlər keçirəcəklər.

Müdafiə Nazirliyindən bildirilib ki, bu görüşlər mühüm əhəmiyyət kəsb edir, çünki səfərin yekunu üzrə qiymətləndirmə qrupu Gürcüstanın NATO ilə İntensiv dialoq prosesinin aparılması haqqında öz rəylərini hazırlayacaq, eləcə də müdafiə sahəsində keçirilən islahatı qiymətləndirəcək. Qiymətləndirmə qrupunun rəyi Gürcüstanın BİA-ya keçidinə şərait yaradacaq. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti