...

Vladimir Putin İordaniyada rəsmi səfərdədir

Dünya xəbərləri Materials 13 Fevral 2007 17:03 (UTC +04:00)

RF prezidenti Vladimir Putin İordaniya Krallığının paytaxtı Əmman şəhərinə gəlib.

Prezidenti Amman aeroportunda İordaniya kralı II Abdulla özü qarşılayıb ki, bu, həmin dövlət üçün qeyri-adi bir haldır.

II Abdulla avtomobilin sükanı arxasına keçib, Vladimir Putin isə onun yanında əyləşib. RF prezidenti üçün ayrılmış iqamətgaha çatdıqdan sonra onlar arasında qısa söhbət olub. Söhbət gedişində II Abdulla bir daha V.Putini salamlayıb və onun səfərinin Moskva və Əmman arasında ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə inamını ifadə edib. Bu barədə www.rian.ru istinadən Trend xəbər verir.

V.Putin də öz növbəsində təntənəli qarşılanma mərasimi və qonaqpərvərlik üçün minnətdarlığını bildirib və Moskva və Əmman arasında münasibətlərin inkişaf etdirilməsinə dair Rusiyanın da istəyini çatdırıb.

Rəsmi səfər çərçivəsində V.Putin ölkə rəhbərliyi ilə görüşlər keçirəcək. Görüşlərin əsas mövzusunu Yaxın və Orta Şərqdəki problemlər təşkil edəcək.

İordaniyaya səfərdən öncə V.Putin Səudiyyə Ərəbistanı və Qətərdə də səfərdə olub.

Xəbər lenti

Xəbər lenti