...

Putin İordaniya kralı II Abdulla ilə görüşüb

Dünya xəbərləri Materials 13 Fevral 2007 17:08 (UTC +04:00)

İordaniyada rəsmi səfərdə olan prezident Putin kral II Abdulla ilə görüşüb. Rusiyalı qonağın şərəfinə təntənəli rəsmi mərasim təşkil olunub.

Hərbi orkestr Rusiya və İordaniya himnlərini çalıb, fəxri qarovulun rəisi isə Ali baş komandana raport verib. Bu barədə Trend www.itar-tass.com saytına istinadən xəbər verir.

Bundan sonra Rusiya prezidenti və İordaniya monarxı fəxri qarovulun cərgəsinin yanından keçib və iki ölkənin nümayəndələrinə yaxınlaşıblar.

Putin və Abdulla öz nazir və məmurlarını bir-birinə təqdim ediblər və sonra saraya keçərək danışıqlara başlayıblar.

Xəbər lenti

Xəbər lenti