...

Putinin İordaniyaya səfəri Yaxın Şərq proseslərinə təsir edəcək

Dünya xəbərləri Materials 13 Fevral 2007 17:41 (UTC +04:00)

"Əd-Dustur" qəzetinin bu gün yazdığına görə, Rusiya prezidentinin İordaniyaya səfəri və Fələstin milli adminstrasiyasının rəhbəri Mahmud Abbasla qarşıdan gələn görüşü Yaxın Şərq sülh prosesi üçün əlverişli şərait yaradacaq.

"Bilirik ki, Vladimir Putinin Yaxın Şərqdəki vəziyyətlə bağlı məsələrdə aydın fikri var. RF prezidentinin regiondakı vəziyyətin onun xalqlarının marağına uyğun olaraq dəyişilməsi üçün ciddi cəhdləri də məlumdur", qəzet yazır. Qəzet qeyd edir ki, İordaniya və Fələstin tərəfləri Yaxın Şərq münaqişəsinin həllində Moskvanın fəal iştirakında maraqlıdır. Bu barədə www.rian.ru-ya istinadən Trend məlumat verir.

Nəşrin fikrinə görə, Rusiya Yaxın Şərq üzrə mövqeyinin Rusiyaya yaxınlaşdığı Avropa Birliyi ilə birgə "Fələstin dövlətinin yaradılmasına kömək edən təsirli qrup" ola bilər və bu məsələ ilə bağlı "ABŞ adminstrasiyasını Buşun vədlərini yerinə yetirməyə vadar edə bilər".

Vladimir Putinin ərəb dövlətlərinə səfəri "qısa müddət ərzində sülh prosesinin bərpa olunması şəraitinə ümid verir", "Əd-Dustur" qeyd edir.

Öz növbəsində, Səudiyyə Ərəbistanın rəsmi "Ər-Riyad" qəzeti qeyd edir ki, Rusiyanın müasir dünyada əsas rolunu və Səudiyyə Ərəbistanı və Rusiyanın siyasi, iqtisadi və mədəni maraqların dünyəvi və regional miqyaslarda ümumiləşdirir.

"Rusiya - böyük dövlətdir. Bu yüksək ruh ölkəsidir. Onun tarixi və adət-ənənə mirası Qərbdən daha çox, Şərqə yaxındır. Bizim maraqlar onun maraqları ilə üst-üstə düşür", nəşr Ər-Riyad və Moskva arasında iki ölkə üçün və Yaxın Şərqdə sabitlik və sülh üçün birbaşa əlaqəlrin vacibliyini qeyd edərək, yazır.

"Biz və Rusiya. Vasitəçilərsiz əlaqə" məqaləsində qəzet Rusiyanın kosmik texnologiyalar, energetika, sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahəlrindəki potensialını yüksək qiymətləndirir və qeyd edir Ki, bütün bu sahələrdə Rusiya ilə əməkdaşlıq kral Abdulla tərəfindən dəqiq müəyyənləşdirilmiş krallığın inkişafının indiki mərhəoəsində bir çox tələbatları təmin edə bilər

"Ər-Riyad" qəzeti xüsusi olaraq qeyd edir ki, Moskva ilə münasibətlərin genişləndirilməsinin xeyrinə "Səudiyyə Ərəbistanının müstəqil seçimi"nə heç bir xarici qüvvə təsir edə bilməz.

Nəşr Vladimir Putini "hazırki dünyəvi reallıqlar münasibətində öz baxışı və dəqiq təsəvvürü olan dost" adlandırıb. "Rusiya rəhbərinin çəkisi digər böyük dövlətlərin liderlərindən heç də az deyil"-qəzet yazır.

V. Putinin simasında nəşr "birgə layihələr yaratmaq, siyasi problemləri həll etmək, Yaxın Şərq və onun hüdudunda olan münaqişələrin dövlətlərin maraqlarına əsasən həll olunması ilə bağlı olan qərara öz töhvəsini verən fəal siyasətçi" görür.

Bütün dövlətlərə, xüsusən Rusiya ilə dostluq münasibətlərinin genişləndirilməsi üzrə Kral Abdulla ibn Abdel Əzizin siyasi kursu "birtərəfli orientasiyaya" və "dünyanın təsir vasitələrinə görə bölünməsinə" son qoyan "qloballaşmanın qiymətidir".

Xəbər lenti

Xəbər lenti