...

Türkiyənin "TRAO" şirkəti Aralıq dənizində neft axtarışına başlayacaq

Dünya xəbərləri Materials 14 Fevral 2007 13:28 (UTC +04:00)

Türkiyənin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, yunan-kipr şirkətləri Şimali Kipr Türk Respublikasının sahil sularına yaxın ərazilərdə neft və qaz mənbələrinin axtarışına dair planlarından əl çəkmirlər. Trend in Ankara müxbiri xəbər verir ki, cavab tədbiri kimi Türkiyənin "TRAO" neft şirkəti 2007-ci ildə Aralıq dənizinin bir sıra rayonlarında axtarış-tədqiqat işlərinə başlamağı planlaşdırır.

Mütəxəssislərin fikrincə, pespektivli rayonlar sırasında Misir və Kipr arasında yerləşən dəniz sahəsində neft-qaz mənbələrinin aşkarlanması mümkündür. Gələcəkdə Türkiyə Aralıq dənizinin başqa rayonlarında da təbii ehtiyatların axtarış-tədqiqatlarını fəallaşdırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti