...

"Əl-Qaidə" terrorçuları neft obyektlərinə hücum etməyə çağırır

Dünya xəbərləri Materials 15 Fevral 2007 15:57 (UTC +04:00)

Səudiyyə Ərəbistanında yerləşən "Əl-Qaidə" qruplaşmasının bölməsi bütün dünyadakı tərəfdaşlarını ABŞ-ı neft tədarüklərindən ayırmağa çağırıb. Bu barədə Associated Press xəbər verir.

Bunun üçün terrorçulara Birləşmiş Ştatlara gedən Kanada, Meksika və Venesuela la daxil olmaqla, bütün neft nəqli yollarına hücum etmək təklif olunur.

Agentilk qeyd edir ki, İnternet vasitəsil yayılmış bəyanatın həqiqiliyini müəyyən etmək mümkün deyil. Bu barədə Trend www.lenta.ru saytına istinadən xəbər verir.

Qeyd edək ki, 2006-cı ilin sonunda Yəmən və Səudiyyə Ərəbistanında yerləşən neft zavodlarına hücum edilib və bunun məsuliyyətini "Əl-Qaidə" öz üzərinə götürüb. Terrorçuların bəyanatlarına əsasən, bu diversiyalar "əmir Üsama ben Ladenin" birbaşa göstərişi ilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti