...

Türkiyə DİN rəhbəri Tbilisiyə gəlib

Dünya xəbərləri Materials 15 Fevral 2007 16:30 (UTC +04:00)

Bu gün Türkiynənin daxili işlər naziri Abdulqadir Aksu Tbilisiyə işgüzar səfərə gəlib. Trend in Tbilisi müxbirinə Gürcüstan DİN-dən bildiriblər ki, türkiyəli nazir bu gün Gürcüstan DİN rəhbəri Vano Merabişvili, Tbilisi şəhərinin meri Qiqi Uqulava və baş nazir Zurab Noqaideli ilə görüşəcək.

Trend ə məlum olub ki, görüşdə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Elə bu gün A.Aksu həmçinin Batumiyə yola düşəcək, burada Türkiyənin "TAI-URBAN" şirkəti tərəfindən tikilən Batumi aeroportunun tikintisi ilə tanış olacaq.

Batumidə Türkiyə və Gürcüstan DİN rəhbərləri aprel ayında fəaliyyətə başlayacaq Batumi aeroportunun təhlükəsizliyinin birgə təmin edliməsi barədə kommünike imzalaycaqlar.

Xəbər lenti

Xəbər lenti