...

Sorğu: Ukraynada vətəndaşların 45,4%-i prezidentin fəaliyyətini dəstəkləmir

Dünya xəbərləri Materials 15 Fevral 2007 16:47 (UTC +04:00)

Ukraynada vətəndaşların 45,4%-i prezidentin fəaliyyətini, 53,6% isə Viktor Yuşenkonun siyasətinin fəaliyyətini dəstəkləmir.

Bunu Razumkov Mərkəzinin xidmətinin fevralın 2-dən 9-na qədər apardığı sosioloji araşdırmalarının nəticələri sübut edir.

Trend in Kiyevdəki xüsusi müxbirinin verdiyi xəbərə görə, Razumkov Mərkəzinin sosioloji xidmətinin press-relizində göstərilib ki, 40,4% prezidentin ayrı-ayrı tədbirlərini, cəmi 27,6% isə V.Yuşenko siyasətinin ayrı-ayrı fəaliyyətini dəstəkləyir. Bu zaman V.Yuşenkonun fəaliyyətini dəstəkləməyənlərin payı, dekabrla müqayisədə, 11%, ayrı-ayrı fəaliyyətləri dəstəkləyənlərin payı isə - 10% artıb.

Sosioloji məlumatlara görə, Ukrayna Ali Radası sədri Aleksandr Morozun fəaliyyətinin dəstəklənməsi səviyyəsi 2006-cı ilin may ayından aşağı düşür. Bu tendensiya fevral ayında da müşahidə olunub - onun fəaliyyətini dəstəkləməyənlərin payı, dekabrla müqayisədə 9% artaraq, 57,8%-ə çatıb.

Xəbər lenti

Xəbər lenti