...

ABŞ dövlət katibi Yaxın Şərqə səfər edəcək

Dünya xəbərləri Materials 16 Fevral 2007 10:42 (UTC +04:00)

ABŞ dövlət katibi Kondoliza Rays fevralın 16-dan 22-nə qədər Yaxın Şərqə və Almaniyaya səfər edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin Vaşinqtondakı mətbuat xidməti xəbər verib.

Yaxın Şərqə səfəri zamanı K.Rays Qüdsü ziyarət edəcək, Fələstin ərazilərində olacaq, həmçinin fevralın 19-da İsrail baş naziri və Fələstin Milli Administrasiyasının başçısı ilə üçtərəfli görüş keçirəcək.

Trend xəbər verir ki, ABŞ dövlət katibi daha sonra İordaniya monarxı ilə danışıqlar üçün İordaniyaya yola düşəcək.

Yaxın Şərqdən sonra K.Rays Almaniyaya yola düşəcək, burada "Yaxın Şərq kvarteti"nin iclasında iştirak edəcək, həmçinin AFR kansleri Angela Merkellə görüşəcək.

Xəbər lenti

Xəbər lenti