...

Mavritaniyaya məxsus Boeing təyyarəsini ələ keçirmiş terrorçu Kanar adalarında həbs edilib

Dünya xəbərləri Materials 16 Fevral 2007 11:18 (UTC +04:00)

İspaniya XİN məlumatına istinadən "Associated Press" agentliyi xəbər verir ki, Mavritaniyaya məxsus Boeing 737 təyyarəsini ələ keçirmiş terrorçu Kanar adalarında həbs edilib, bütün sərnişinlər və ekipaj üzvləri azad edilib. İspaniya XİN mətbuat katibi bildirib: "Təyyarə azad edilib, təyyarəni qaçırmış şəxs həbs edilib".

"Air Mauritania" aviaşirkətinə məxsus 71 sərnişin və 8 ekipaj üzvü olan təyyarə Kanar adalarında Qran Kanariya hərbi aeroportunda enib və milli qvardiya qüvvələri tərəfindən azad edilib. www.rbc.ru istinadən Trend xəbər verir ki, zərər çəkmişlər və təyyarəni qaçırmış şəxsin motivləri barədə məlumat hələ yoxdur.

Əvvəl məlumat verilmişdi ki, Mavritaniya paytaxtı Nuakşot şəhərindən ökənin şimalındakı Nuadibu şəhərinə daxili reys keçirən təyyarə Parisə istiqamət alması tələbi ilə qaçırılmışdı.

Xəbər lenti

Xəbər lenti