...

İraq DİN: Bağdadda "Əl-Qaida"nın İraq bölməsinin lideri yaralanıb

Dünya xəbərləri Materials 16 Fevral 2007 11:43 (UTC +04:00)

Bağdadın şimalında aparılan atışma nəticəsində "Əl-Qaida"nın İraq bölməsinin lideri Əbu Aiyab əl-Masri yaralanıb, onun köməkçisi Əbu Abdulla əl-Macemai isə öldürülüb. Bu xəbəri İraq DİN nümayəndəsinə istinadən "CNN" verib.

DİN nümayəndəsi əl-Masrinin yaralanması barədə informasiyanın mənbəyini açıqlamayıb. Trend xəbər verir ki, əl-Masri 2006-cı ilin iyununda amerikalı hərbçilərin İraqın şərqində Diyala əyalətində keçirdiyi əməliyyat nəticəsində "Əl-Qaida"nın İraq bölməsinin o vaxtkı lideri Əbu Musab əz-Zərkavinin qətlindən sonra İraq bölməsinə liderliyi üzərinə almışdı.

Xəbər lenti

Xəbər lenti