...

NASA güclü küləklərlə əlaqədar 5 peykin buraxılmasını təxirə salıb

Dünya xəbərləri Materials 17 Fevral 2007 11:10 (UTC +04:00)

ABŞ-ın aeronavtika və kosmik məkanın tədqiqi milli idarəsi (NASA) göyərtəsində 5 peyk olan raketin buraxılmasını təxirə salıb. Səbəb güclü küləklərin olmasıdır. Associated Press (C)-nin məlumatına əsasən, buraxılışın bu gün axşam Moskva vaxtı ilə həyata keçirilməsi gözlənilir.

Elmi-tədqiqat peykləri ABŞ-ın ionosferdə geomaqnit subburların yaranma səbəbinin tədqiq edilməsi proqramı çərçivəsində buraxılacaq. Buraxılış uğurla nəticələnsə, NASA bir raketdə 5 peyk buraxmaqla rekord vuracaq. Trend məlumat verir ki, proqramın dəyəri 200 milyon dollar məbləğində qiymətləndirilir.

Geomaqnit subburlar peyk və onların enerjidaşıyıcılarının işində nasazlığa səbəb ola bilər. Subburlar həmçinin şimal enliklərində kosmonavtlar və təyyarə sərnişinlərini radiasiya şüalanmasına məruz qoyur. Amerika alimlərinin fikrincə, onlar həmçinin şimal parıltısının yaranmasına səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti