...

Hindistanda avtobusun çaya düşməsi nəticəsində 24 nəfərin öldüyü hesab olunur

Dünya xəbərləri Materials 17 Fevral 2007 11:46 (UTC +04:00)

Hindistanın şərqində avtobusun körpüdən çaya düşməsi nəticəsində 24 nəfərin öldüyü hesab olunur. Bu barədə (c) Reuters polisin bəyanatına istinadən xəbər verir. 50 nəfərin olduğu avtobus yük maşını ilə toqquşması nəticəsində körpüdən düşüb. Hadisə Orissa ştatının inzibati mərkəzindən, Bxubaneşvar şəhərindən 10 km şimalda, Keondar mahalında baş verib.

30 nəfəri xilas etmək mümkün olub, onlardan 15-i kritik vəziyyətdədir. Hazırda cəsədlərinin tapıldığı yalnız 4 nəfərin ölümü dürüst təsdiq olunub. Bu barədə Trend www.rbc.ru saytına istinadən xəbər verir.

Hələ 20 nəfər tapılmayıb, lakin böyük ehtimalla onların öldüyü hesab olunur.

Xəbər lenti

Xəbər lenti