...

ABŞ-da neft emalı zavodunda partlayış zamanı 19 nəfər yaralanıb

Dünya xəbərləri Materials 17 Fevral 2007 12:06 (UTC +04:00)

Amerikanın Texas ştatının qərb hissəsində neft emalı zavodunda baş verən partlayış zamanı ən azı 19 işçi yaralanıb və xəsarət alıb. Bu barədə Assoşieyted Press agentliyi xəbər verir. Həm də həkimlər ağır yanıq yarası almış üç yaralının vəziyyətinin kritik olduğunu hesab edirlər.

Hadisə yerindən 400-dən çox işçi evakuasiya olunub. Zavodun üzərində səmaya qara tüstü qalxır və bu, 100 kilometrə qədər məsafədən görünür.

Bütün boru kəmərləri bağlanıb. Bu barədə Trend www.rian.ru saytına istinadən xəbər verir.

Müəssisə Valero Energy Corp. şirkətinə məxsusdur. Onun gücü - gündə 170 min bareldir.

Xəbər lenti

Xəbər lenti